18/10/2012 08:05

Türk raketlərinə yerli lazer detektorlar qurulacaq

Türkiyənin TÜBİTAK mərkəzi tamamilə milli imkanlar hesabına lazer başlıqlı raketlərin “gözü” sayılan lazer detektorlar hazırlayıb. Bu barədə “AzeriDefence” TÜBİTAK-ın saytına istinadən məlumat verib.

Lazer detektorlar ilk olaraq yerli raket – CİRİT-lərdə tətbiq edilməyə başlayıb və testlər uğurlu keçib.

“Dünyada saylı ölkələrin sahib olduğu müasir texnologiyalarla istehsal edilən və indiyə qədər xaricdən idxal edilən lazer detektorlar TÜBİTAK-ın uğurlu çalışmaları ilə artıq milli olaraq istehsal ediləcək. Bu detektorlar xarici analoqlarına görə üstün özəlliklərə malikdir”, – deyə məlumatda qeyd olunub.

Detektorların hazırlanmasına iki il vaxt sərf edilib.