13/03/2017 14:37

Türk şirkəti Azərbaycana antidron silahı satdı- FOTO-VİDEO

Türkiyənin “Harp Arge” şirkəti Azərbaycana kiçik ölçülü dronlarla mübarizə aparmaq üçün “Drone Savar” (“Drone Killer”) adlı silah sisteminin satışını həyata keçirib.

Bu barədə “AzeriDefence”yə “Harp Arge” şirkətindən məlumat verilib.

“Drone Savar” elektromaqnit silah sistemi multikopter tipli pilotsuz uçuş aparatları ilə mübarizə məqsədi ilə hazırlanıb. Normal tüfəng dizaynına malik silah elektromaqnit şüalanma yaradan antendən və silahın üstünə qurulmuş nişangahdan ibarətdir.

““Harp Arge” şirkətinin öz imkanları hesabına yaratdığı antidron silah Azərbaycan Silahlı Qüvvələri tərəfindən test edilib. Bütün sınaqlardan uğurla keçən antidron silah Azərbaycanda istifadəyə qəbul edilib”, – deyə şirkətin açıqlamasında qeyd olunub.