13/11/2019 14:52

Türk şirkəti dronları zərərsizləşdirmək üçün patron istehsal edib

Türkiyənin “Turac” şirkəti dronların zərərsizləşdirilməsi üçün xüsusi patronlar hazırlayıb.

Bu barədə “AzeriDefence”yə “Turac” şirkətindən məlumat verilib.

İlk nümunələri noyabrın 19-dan 22-dək Parisdə MİLİPOL-2019 beynəlxalq təhlükəsizlik sərgisində nümayiş etdiriləcək antidron patronlar şirkətin məşhur “Sterling” markası ilə təqdim olunur.

Şirkətdən bildirilib ki, 12 kalibr, 70 mm “Semi Magnum” patronlar 100 metr, 12 kalibr, 76 mm “Magnum” patronlar 110, 12 kalibr 89 mm “Super Magnum” patronlar isə 120 m hündürlükdə uçan dronları zərərsizləşdirmək üçün nəzərdə tutulub.