29/03/2018 09:49

Türk şirkəti PUA-ların avtomatik qalxma və enməsini təmin edən sistemin sınaqlarını yekunlaşdırıb

Türkiyənin “Meteksan Savunma” şirkəti tərəfindən yaradılmış pilotsuz uçuş aparatlarının Avtomatik Qalxma və Enmə Sisteminin (OKİS) qəbul sınaqları yekunlaşıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Meteksan Savunma” şirkəti məlumat yayıb.

TUSAŞ şirkətinin istehsal etdiyi “Anka” PUA-ya qurulmuş OKİS hava aparatının  və aerodromun uşuş zolağının kənarında yerləşdirilən OKİS yer avadanlığının bütün testləri uğurlu şəkildə tamamlanıb.

PUA üzərində OKİS aparatında transponder və anten yer alır. Yer avadanlığı isə radar texnologiyası əsasında çalışır.