26/11/2012 16:43

Türk şirkəti Azərbaycanın hərbi qurumlarına günəş enerjili çadırlar təklif edir – ELAN

Türkiyənin müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən firma Azərbaycanın hərbi qurumlarına əməkdaşlıq təklif edir. Avropanın sektorunda aparıcı olan bir sıra firmalarının region üzrə distrübüterliyini həyata keçirən şirkət Azərbaycana bir sıra məhsullarını çıxarmaq istəyir. Türk şirkətinin təqdim etdiyi məhsullar arasında günəş enerjili hərbi çadırlar, çadır sığınacaqlar, günəş panelləri inteqrə edilmiş hərbi siğinacaqlar, C4İSR sistemləri, xüsusi təyinatlı qüvvələr üçün ən müasir vasitələr, ən müasir xilasetmə avadanlıqları və s. yer alır.

Şirkətin Azərbaycanın hərbi qurumları üçün təqdim etdiyi Günəş Enerjili Hərbi Çadır günəş enerjisindən 2 kW elektrik enerjisi istehsal edir. Bu çadırlar elektrik ehtiyacını qarşılamaqla yanaşı günəşdən gələn istiliyi 80-90% azaldaraq kölgələnməni təmin edir. Çadırlar işıqlandırma, ventilyasiya, GPS peyk telefonları, nootbuklar və radiostansiya kimi (220 V tələb edən cihazları) cihazları elektrik enerjisi ilə təmin etmə qabiliyyətnə malikdir.

Çadır elektriksiz bölgələrdə, asan və tez quraşdırıla bilməsi sayəsində elektrik ehtiyacının günəşdən qarşılanmasını təmin etməklə yanaşı səs salmır (generatorlar kimi), istidən qoruyur, logistik riskləri və xərcləri azaldır. Çadırların fərqli rəng və ölçülərdə növləri var.

Xüsusi təyinatlılar üçün günəş enerjili kiçik sığınacaq isə 190 Wt enerji istehsal etmə qabiliyyətinə malikdir. Çətin şəraitlərdə əməliyyatlar keçirən xüsusi təyinatlılar üçü hazırlanmış bu sığınacaq enerji istehsalı ilə yanaşı günəş altında kölgələnməni və yağışdan qorumanı təmin edir. Əsgər eyni zamanda bu çadırı yerə sərərək də istifadə edə bilər.

Çadır işıqlandırma, ventilyasiya, radiostansiya, nootebook, peyk telefonları, GPS cihazları və s. qidalandıra bilər. 2.4 x 2.9 m ölçülü çadır 220V enerji verə biləcək şəkildə də hazırlana bilər.

Günəş Panelləri İnteqrə Edilmiş Hərbi Sığınacaq. Günəş enerjisindən 750 W enerji istehsal edə bilən çadır sığınacaq elektrik ehtiyacını qarşılamaqla yanaşı əsgəərləri günəşdən və yağışdan qorunmasını da təmin edir. Xüsusi olaraq hazırlanmış bu çadırlar mərmi və güllələrdən xəsarət aldıqda belə, enerji istehsalında itki minimum olur. Tamamilə elastik, qırılmaz, qatlanma zamanı texnolohiyaları pozulmur, tək bir modul bir neçə fərqli cihazın batareyasının doldurulması üçün istifadə edilə bilir və rahatlıqla daşınır.

Bunlardan başqa şirkətin portfelində kiçik ölçülü, kiçik cihazların enerji qidalanmasını təmin edən günəş panelləri də yer alır.

Qeyd edək ki bu məhsullar mülki məqsədlər üçün də (düşərgələrdə, gəzintilərdə, ərazi işlərində və s) istifadə oluna bilir.

Əlavə məlumat almaq istəyənlər [email protected] adresinə və ya (+994 50) 344 07 01 (“AzeriDefence” marketing müdiri) müraciət edə bilərlər.