14/05/2014 11:41

Türk şirkəti “Bell Helicopter”in Azərbaycan təmsilçisi oldu

Dünya aviasiya sənayesinin aparıcı firmalarından olan “Bell Helicopter” şirkətinin Azərbaycan üzrə bölgə təmsilçiliyi fəaliyyətə başlayıb.
AZERİ DEFENCE jurnalının məlumatına görə, “Bell Helicopter”in Azərbaycan da daxil olmaqla, regionda təmsilçiliyi mərkəzi ofisi Türkiyədə yerləşən “Elibra Global” şirkətinə həvalə olunub.

“Elibra Global” bölgədə “Bell Helicopter”in hərbi və mülki məhsullarının satışını həyata keçirəcək.

“Elibra Global” şirkəti tərəfindən ilk dəfə olaraq Azərbaycan üçün cari ilin sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində “Bell Helicopter”in məhsullarının Azərbaycan və digər region ölkələri üçün tanıtımının keçirilməsi planlaşdırılır.