14/09/2018 16:15

“Türk Yıldızları” Bakıda təlim uçuşları keçirib

Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Yıldızları” akrobatik uçuş qrupu sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirdə iştirak etmək üçün Azərbaycana gəlib.

“AzeriDefence”nin məlumatına görə, bu gün “Türk Yıldızları” paytaxtın “Azadlıq” meydanı və Bakı buxtası üzərində təlim  uçuşları həyata keçirib.

Qeyd edək ki, hərbi paradla  əlaqədar Azərbaycan Ordusunun hərbi gəmiləri Bakı buxtasına yerləşdirilib.

Paradda  keçid edəcək hərbi texnikalar “Azadlıq” meydanına gətirilib.