24/06/2018 16:07

“Türk Yıldızları” Bakıya gəldi – FOTOLAR

Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Yıldızları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri Bakıya gəlib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən  məlumat verilib.

“Türk Yıldızları” Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, iyunun 26-da hərbi paraddan sonra saat 12.30-da “Solo Türk” və “Türk Yıldızları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.