24/06/2018 10:11

“Türk Yıldızları” hərbi paradda uçacaq

Türkiyə Silahlı Qüvvələrinin “Türk Yıldızları” pilotaj qrupu Bakı şəhərində hərbi paradda uçacaqlar.

“AzeriDefence”nin məlumatına görə, “Solo Türk” və “Türk Yıldızları” qrupuna daxil olan təyyarələr Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək hərbi paradda Bakı buxtası üzərində nümunəvi uçuşlar edəcək.

Avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.

Xatırladaq ki, “Türk Yıldızları” 2001-ci il avqustun 24-də Bakı səması üzərində nümunəvi uçuşlar həyata keçiriblər. Bu uçuşlar dünyada izləmə sayına görə, eyni vaxtda ən çox izlənən uçuş olubdur.