15/09/2018 18:11

“Türk Yıldızları”ndan növbəti Bakı aviaşousu – FOTOLAR

Türkiyə Hərbi Hava Qüvvlərinin “Türk Yıldızları” akrobatik uçuş qrupu Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.

“AzeriDefence”nin məlumatına görə, “Türk Yıldızları”nın qrupu Bakı buxtası, Azadlıq meydanı üzərində uçuş şouları göstəriblər. Minlərlə paytaxt sakinləri tərəfindən izlənən aviaşou da, “Türk Yıldızları” Azərbaycan Respublikasına, Bakı şəhərinin azad olunmasının 100 illiyi münasibətilə öz mesajlarını veriblər.

Qeyd edək ki, bu “Türk Yıldızları”nın Azərbaycanda üçüncü, cari il ərzində isə ikinci nümunəvi uçuşlarıdır.