27/12/2012 07:57

Türkiyə ABŞ-dan AIM-9X Sidewinder raketləri alır

ABŞ Konqresi Türkiyəyə AIM-9X Sidewinder raketlərinin satışına icazə verib. Bu barədə “AzeriDefence” ABŞ-ın DSCA agentliyinə istinadən məlumat verib.

Müqavilə çərçivəsində Türkiyə Amerikanın Raytheon şirkətindən toplam dəyəri 140 milyon dollar təşkil edən 117 ədəd raket alacaq.

Raketlər Türkiyə Hava Qüvvələrinin F-16 və alınması planlaşdırılan F-35 təyyarələrinin silahlanmasına daxil ediləcək.