17/01/2013 13:47

Türkiyə-Azərbaycan Müdafiə Sənayesi üzrə Əməkdaşlıq toplantısı keçiriləcək

Bakıda birinci Türkiyə-Azərbaycan Müdafiə Sənayesi üzrə Əməkdaşlıq toplantısı keçiriləcək. “AzeriDefence”nin xəbərinə görə, bu barədə APA informasiya agentliyi məlumat yayıb.

Bu məqsədlə Türkiyə Milli Müdafiə Nazirliyi və müdafiə sənayesi sektorunda fəaliyyət göstərən firmalardan ibarət nümayəndə heyəti yanvarın 22-dən 25-dək Azərbaycanda səfərdə olacaq.

Toplantıda iki ölkə arasında müdafiə və müdafiə sənayesi sahələrində perspektiv imkanlar müzakirə olunacaq. Türk firmaları həmçinin Müdafiə Nazirliyində, digər hərbi qurumlar və güc strukturlarında olaraq təqdimatlar keçirəcəklər.