30/05/2015 22:13

Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı” təlimi başlayır

Türkiyə, Azərbaycan və Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrinin iştirakı ilə “Qafqaz Qartalı-2015” təlimləri başlayır.

Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.

Türkiyənin ev sahibliyində mayın 31-də start götürəcək təlim iyunun 10-dək davam edəcək.

“Təlimin məqsədi iştirakçı ölkələrin Xüsusi Təyinatlı Qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübə mübadiləsi aparmaq, birlikdə əməliyyat qabiliyyətlərini təkmilləşdirməkdir”, – deyə Baş Qərargahdan bildirilib.

Təlimə Türkiyədən bir xüsusi təyinatlı bölmə, iki helicopter və bir nəqliyyat təyyarəsi, Azərbaycan və Gürcüstandan bir xüsusi təyinatlı bölmə qatılacaq.