16/05/2013 11:56

Türkiyə Black Hawk helikopterlərini istehsal edəcək

Sikorsky şirkətinin Black Hawk helikopterləri Türkiyədə istehsal olunacaq. Bu barədə “AzeriDefence”yə Türkiyə Müdafiə Sənayesi Katibliyindən məlumat verilib.

Tərəflər arasındakı razılaşmaya əsasən Sikorsky şirkətinin lisenziyası ilə TAİ şirkəti tərəfindən Türkiyədə 109 ədəd T-70 Black Hawk helikopteri istehsal olunacaq.

Ümumi büdcəsi 3.5 milyard dollar təşkil edən proqram Sikorsky və digər şirkətlərin iştirakı ilə icra olunacaq. Helikopterin elektronikası ASELSAN, motoru GE lisenziyası ilə TEI və eniş takımları və dişli qutusu ALP Havacılık tərəfindən istehsal ediləcək.