24/10/2013 08:47

Türkiyə generalları Zakir Həsənovu təbrik etdilər

Azərbaycanın yeni müdafiə naziri təyin olunmuş general-polkovnik Zakir Həsənovu Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi təbrik edib. AzeriDefencenin əldə etdiyi məlumata görə, təyinatdan sonra Türkiyə Jandarma Qüvvələrinin komandanı, ordu generalı Sərvət Yörük telefon açaraq Z. Həsənovu təyinatı ilə əlaqədar təbrik edib.

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı da generalı təbrik edib.