25/07/2014 12:21

Türkiyə HİSAR-O raketinin testlərinə başladı – FOTO

Türkiyənin Orta Mənzilli Havadan Müdafiə raketinin (HİSAR-O) ilk uçuşlu testi keçirilib. Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.Ballistik Test raketi atışı Quru Qoşunları, Hava Qüvvələri, Dəniz Qüvvələri komandanlıqları, Müdafiə Sənayesi Katibliyi, ASELSAN və ROKETSAN şirkətinin iştirakı ilə iyulun 23-də Aksarayda uğurla reallaşdırılıb.

Tamamlanan testlərdə raket buraxıcı maşından uğurla ayrılıb. Hesablanan orbitdə uçub. Bu testlər ilə Türkiyənin ilk milli havadan müdafiə raketi layihəsində mühüm addım atılmış olub.

SSM tərəfindən 2011-ci ildə başladılmış HİSAR-O layihəsində raketin radar, komanda kontrol və atış kontrol sistemi sistemi ASELSAN, raketlər isə ROKETSAN tərəfindən hazırlanır.