13/10/2012 17:16

Türkiyə Müdafiə Sənayesi Katibliyinin Brüssel ofisi fəaliyyətə başladı

Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) Belçikanın paytaxtı Brüsseldə ofisi açılıb. Bu barədə “AzeriDefence” SSM-in saytına istinadən məlumat verib.

Ofisin açılışında Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz iştirak edib. Ofis Türkiyə müdafiə sənayesini beynəlxalq sahədə tanıdılması, müdafiə məhsul və xidmətlərinin ixracatını artırılmasına dəstək göstərilməsi və s.fəaliyyətləri göstərəcək.

Qeyd edək ki, indiyədək SSM-in mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən Orta Şərq və ABŞ-ın Vaşinqton şəhərində yerləşən Amerika ofisləri təsis edilib və fəaliyyətə başlayıb.
Brüssel ofisinə ehtiyatda olan general-mayor Turgay Bakkal rəhbərlik edəcək.