09/01/2014 06:54

Türkiyə nümayəndə heyəti Bakıya gəlib

Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Bakıya gəlib. “AzeriDefence”nin xəbərinə görə, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Logistika İdarəsinin rəisi, general-polkovnik Atilla Gülə rəhbərlik edir.

İki gün Azərbaycanda olacaq nümayəndə heyətinin səfəri tanışlıq məqsədi daşıyır.

Bu gün nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib və daha sonra Müdafiə Nazirliyinə gedib.