08/11/2013 07:46

Türkiyə polisi SARP-la silahlanır

Türkiyənin Əmniyyət təşkilatı “Əjdər” tipli nəqliyyat vasitələrini ASELSAN istehsalı olan SARP adlı idarə olunan silah sistemləri ilə silahlandırır. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyənin Sabah qəzeti məlumat yayıb.

SARP sistemi ilə silahlandırılan “Əjdər”lər terrorla mübarizənin aparıldığı ərazilərdə istifadə olunacaq.

Əmniyyət təşkilatı bu məqsədlə ASELSAN-dan 9 ədəd uzaqdan idarə olunan SARP sistemi satın alıb.

SARP (Stabilized Advanced Remote Platform) sisteminə 12.7 mm və 7.62 mm çaplı pulemyot, 40 mm çaplı avtomatik qumbaraatan daxildir.