25/12/2013 15:39

Türkiyə prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib – FOTO

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə prezidenti Abdullah Gül tərəfindən qəbul edilib. Bu barədə “AzeriDefence” Türkiyə prezidentinin saytına istinadən məlumat verib.

Görüşdə iki ölkə arasında münasibətlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyətində müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov. Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov və digər şəxslər təmsil olunurlar.