27/01/2012 17:38

Türkiyə qırğız hərbçilərinə kommandos kursları keçəcək

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ilə Qırğızıstan Silahlı Qüvvələri arasında 2012-ci ildə ikitərəfli hərbi əməkdaşlıq planı və Tədbirlər Planı imzalanıb. “AzeriDefence” saytının məlumatına görə, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İmzalanmış plana əsasən 2012-ci ildə hər iki ölkənin hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılıb. Bundan başqa, Hərbi Dialoqun və qırğız hərbçiləri üçün 12-həftəlik kommandos kurslarının keçirilməsi, kursantların Türkiyənin hərbi təhsil müəssisələrinə tanışlıq səfərləri nəzərdə tutulub.

Qeyd edək ki, Qırğızıstan və Türkiyə arasında hərbi əməkdaşlığın əsası 1992-ci ildə qoyulub. Bu günədək Türkiyə tərəfi Bişkekə 8,5 milyon ABŞ dollarından çox texniki kömək göstərib.