11/03/2014 09:05

Türkiyə Quru Qoşunları komandanı Azərbaycana gəlib

Türkiyə Quru Qoşunları komandanı ordu generalı Hulusi Akar Azərbaycana rəsmi səfərə gəlib. AzeriDefence”nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər martın 12-dək davam edəcək.