09/02/2014 07:18

Türkiyə Silahlı Qüvvələri ASELSAN-ın yeni nəsil radiostansiyalarını istifadəyə qəbul edib

Türkiyə Silahlı Qüvvələri ASELSAN şirkəti tərəfindən istehsal olunmuş yeni nəsil ıl radiostansiyalardan istifadə etməyə başlayıb. Bu barədə “AzeriDefence” Türkiyənin “Anadolu” agentliyinə istinadən məlumat verib.

ASELSAN 4900 ATLAS rəqəmsal xəritəli əl radiostansiyaları səslə yanaşı məlumat transferini həyata keçirmək, telefon nömrələrini axtarmaq, qısa mesaj göndərmək və GPS cihazı kimi istifadə edilmə xüsusiyyətlərinə malikdir. Hər bir radiostansiyanın özünə aid xüsusi kodları mövcuddur.

Artıq rabitə cihazları İstanbul, Ankara və İzmirdəki birliklərə göndərilib.

İnkişaf etmiş kriptolama texnologiyaları ilə yüksək səviyyədə təhlükəsizliyin təmin edildiyi rabitə vasitələrində mobil telefonlarında olduğu kimi zəng səsi seçmə, mesaj tonu təyin etmə kimi xüsusiyyətlər də var.

İstifadəçi rabitə vasitəsinin ekranındakı elektron xəritədə yerini görə bilir, harada olduğunu barədə məlumat da radiostansiya üzərindən mərkəzə çatdırılır.

Geniş LCD ekranı olan radiostansiyalar yüksək tutumlu batareyaları ilə uzun müddət xidmət edə bilir. Radiostansiyalarda VHF və UHF olmaq üzrə iki ayrı tezlik frekansı mövcuddur. Bir radiostansiya ilə hər iki frekansda rabitə imkanı təmin olunur.