29/06/2013 12:55

Türkiyə son 5 ildə Azərbaycana 1961 ədəd tapança satıb

Türkiyə 2012-ci ildə dünyanın 32 ölkəsinə 43 883 ədəd tapança satıb. “AzeriDefence.com” saytının məlumatına görə, bu barədə Türkiyə hökuməti BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirib.

Türkiyənin tapança ixracatında əsas yeri ABŞ tutub. Bu ölkəyə Türkiyə 2012-ci ildə 17786 ədəd tapança satıb. İlk beşlikdə sonrakı yerlərdə 7895 tapança satışı ilə Pakistan, 5000 tapança satışı ilə Liviya, 1642 tapança satışı ilə Honduras və 1545 tapança satışı ilə Azərbaycan dayanıb.

Bundan başqa, Türkiyə İrana 1510 ədəd, Burkina Fasoya 1368 ədəd, Qvetemalaya 1352 ədəd, Tailanda 1259 ədəd, Peruya 1200 ədəd tapança satıb.

Qeyd edək ki, BMT-yə açıqlanmış məlumatlara görə, Türkiyə 2007-2012-ci illərdə Azərbaycana ümumilikdə 1961 ədəd tapança, 170 ədəd MP-5K və MP-5A3 markalı tapança pulemyot satışı həyata keçirib.