31/12/2012 06:15

Türkiyə Universiteti təyyarələri radardan gizlədən boya hazırlayıb

Türkiyənin Hacettepe Universitetinin Teknokentinə daxil olan şirkətlər radar dalğalarını udaraq təyyarəni görünməz edən boya hazırlayıb. Bu barədə “AzeriDefence” kokpit.aero saytına istinadən məlumat verib.

Boya radarın siqnallarını udaraq təyyarənin görüntülərini kiçildir. Eyni zamanda boya sürtünməyə qarşı keyfiyyətlidir.

Hazırda qeyd olunan boyadan Türkiyə və ABŞ Silahlı Qüvvələri istifadə edir. Türkiyə Hava Qüvvələrinə bu günlərdə çatdırılması tamamlanmış boyadan 50-dən artıq F-16 tipli döyüş təyyarəsinin rənglənməsində istifadə olunub.