03/10/2019 14:05

Türkiyə Aerokosmik Agentliyinin rəhbəri Azərbaycana gələcək

Türkiyə Aerokosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırımın Azərbaycana səfəri planlaşdırılıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə S.H. Yıldırım Türkiyədə keçirilən beynəlxalq konfrans çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı ilə görüşündə deyib.

Türkiyə Aerokosmik Agentliyinin rəhbəri yaxın zamanda Azərbaycana səfər edəcəyini və Milli Aerokosmik Agentliyinin fəaliyyəti ilə əyani tanış olacağını bildirib.