20/01/2018 09:42

Türkiyə “Altay” tankının minatəmizləmə versiyasını yaratmaq istəyir

Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) “Altay” tankının gövdə platforması üzərindən inkişaf etdirilərək minatəmizləmə maşını yaratmaq istəyir.

“AzeriDefence”nin “C4 Defence”yə istinadən verdiyi xəbərə görə, SSM Məlumat İstək Sənədi (BİD) ilə layihəyə qoşulacaq şirkətlərə müraciət edib. SSM işi Quru Qoşunlar Komandanlığı üçün aparacaq.

Layihə çərçivəsində mexaniki keçid açma sistemi ilə tank əleyhinə və piyada əleyhinə minaları yerindən çıxarıb keçid kənarına atan, minaları partlatmaq yolu ilə müəyyən ölçülərdə keçid qazan, maqnetik lokator sistemi ilə maqnetik borulu minaları partladan, təmizlənmiş keçid işarələmə sistemi ilə minalı sahədə açdığı keçidi işarələyə bilən tırtıllı bir texnikanın hazırlanması tələb edilir.

Həmçinin minatəmizləmə maşınlarının iş prinsipləri gərəyi yüksək gücdə mühərrikə malik olması və yüksək qoruma təmin etməsi tələb olunur.