26/06/2019 13:27

Türkiyə Azərbaycanla hərbi sazişi ratifikasiya edib

Türkiyə Azərbaycanla imzalanan hərbi əməkdaşlıq sazişini ratifikasiya edib.

Bu barədə “AzeriDefence” Türkiyənin “Resmi Gazete”sinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında protokol təsdiq olunub.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında hərbi tibb sahəsində əməkdaşlıq haqqında protokol 2018-ci il dekabrın 18-də Ankarada imzalanıb.