08/05/2018 13:49

Türkiyə “Boran” topunun sınaqlarını yekunlaşdırıb – VİDEO

Türkiyənin MKE təşkilatı 2018-ci ilin sonlarında 105 mm çaplı “Boran” topunun seriyalı istehsalına başlayacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli sosial media hesabında yazıb.

Hava platformaları ilə daşına bilən, modern idarəetmə sistemlərinə sahib “Boran” topu özünün yerini və istiqamətini müəyyən edərək, qısa müddətdə atışa hazır vəziyyətə gətirilə bilir. Topun atış məsafəsi 17000 metrdir.

“Boran”ın test atışları uğurla tamamlanıb.

Ağırlığı 1720 kq təşkil edən “Boran” topu S-70 (yedəyində) və CH-47 “Chinook” (həm yedək, həm yük bölməsində) helikopterləri ilə nəql olunur.