08/11/2017 10:46

Türkiyə-Ermənistan sərhədinə nəzarət kamera sistemləri quraşdırılıb

Türkiyə ilə Ermənistan arasındakı Qars sərhəd xəttinə davamlı olaraq nəzarət etmək məqsədilə Qars Vilayət Administrasiyası tərəfindən “Analitik Sahə Təhlükəsizlik Sistemi” qurulub.

“AzeriDefence” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qars valiliyindən açıqlama verilib.

Bildirilib ki, kamera sistemlərinin qurulması və sabitləşdirmə prosesi sərhəddə tamamlanıb, hazırda sistemin sınaqları keçirilir.

Məlumatda o da qeyd olunub ki, 2 milyon 880 min lirə dəyərində olan layihə ilə Türkiyə-Ermənistan Qars sərhəd xətti daha təhlükəsiz olacaq və Ermənistan sərhəddində baş verəcək müxtəlif mənfi hadisələrin qarşısı alınacaq.

Qeyd edək ki, Qars etnik azərbaycanlıların ən çox yaşadığı şəhərlərdən biridir.