09/10/2015 12:50

Türkiyə Ermənistan Silahlı Qüvvələrini inspeksiya edəcək

Türkiyə Ermənistan Silahlı Qüvvələrini inspeksiya edəcək.

Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.

Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi çərçivəsində Türkiyənin rəhbərliyi altında oktyabrın 11-dən 14-dək keçiriləcək inspeksiyaya türkiyəli müfəttişlərlə yanaşı Slovakiyadan da bir mütəxəssis qatılacaq.