05/01/2018 19:52

Türkiyə Fransa və İtaliya ilə uzun mənzilli ZRK-nin yaradılmasında əməkdaşlıq edəcək

Fransa-İtaliya ortaq şirkəti olan EUROSAM konsorsiumu ilə Türkiyənin ASELSAN və ROKETSAN şirkətləri arasında uzun mənzilli hava hücumundan müdafiə sistemi layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

“AzeriDefence”nin “Reuters”ə istinadən verdiyi məlumata görə, müqavilə Fransa prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Parisdə keçirilən görüşü zamanı imzalanıb.

Müqavilədə üzrə üç ölkənin birgə hazırlayacağı raket proqramının 2020-ci illərin ortalarına hazır olması, stels təyyarələr, PUA və raket hücumlarına qarşı müdafiə imkanlarının yüksəldilməsinə dair yanaşmalar yer alıb.

“Ortaq istehsal fəaliyyətləri Türkiyənin özünün hava hücumundan müdafiə və raket sistemini yaratma proqramını dəstəkləməklə yanaşı ixracata və Türkiyə-İtaliya-Fransa arasında daha uzun müddətli əməkdaşlıq imkanları yaradacaq”, – deyə məlumatda qeyd olunub.