09/08/2019 18:52

Türkiyə Hava Qüvvələri HGK-82 yönləndirmə dəstini silahlanmaya qəbul edib – VİDEO

Türkiyənin TÜBİTAK SAGE institutu tərəfindən yaradılmış və ilk partiyasının istehsalı tamamlanan HGK-82 həssas yönləndirmə dəsti Hərbi Hava Qüvvələri tərəfindən çətin şərtlərdə sınaqlardan çıxarılıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə TÜBİTAK SAGE məlumat yayıb.

Məlumatda HHQ tərəfindən çətin şərtlərdə 4 əməliyyat-test atışının keçirildiyi, bununla da HGK-82 dəstinin istifadəyə hazır olduğu qeyd edilir.

TÜBİTAK SAGE tərəfindən yaradılmış HGK-82 silahlanmada mövcud olan 500 lb Mk-82 sərbəst düşən aviasiya bombalarına taxılır. GPS və İNS naviqasiyası ilə bombaya yüksək dəqiqlik qazandırır. Dəst BRU adapteri ilə çoxsaylı atış qabiliyyətti, uçuş zamanı hədəflərin müəyyən edilməsi, maneələrə və qarışdırmalara qarşı dayanıqlığa malikdir. HGK-82 dəsti qurulan aviasiya bombaları GPS və İNS naviqasiyası ilə hədəfi maksimum mənzildə 10 metr, yalnız İNS (inersial) naviqasiya ilə 25 metr sapma ilə vurmağa imkan verir.