09/01/2017 15:43

Türkiyə HHQ İŞİD mövqelərini HGK-li bombalarla vurdu

hgk_last

Türkiyə Hərbi Hava Qüvvələri TÜBİTAK istehsalı olan Həssas Yönləndirmə Dəsti (HGK-Hassa Güdüm Kiti) ilə komplektləşdirilmiş aviabombalardan İŞİD mövqelərinin vurulmasında istifadə edib.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin yayımladığı videoda İŞİD silahlılarına aid nəqliyyat vasitələrinin və obyektlərin HGK ilə dəstləşdirilmiş aviabombalarla yüksək dəqiqliklə vurulduğu görünür.

HGK ilə təchiz edilmə nəticəsində “ağıllanan” aviasiya bombaları 12192 metr (40000 fut) hündürlükdən atıldıqda 25 km uzaqlıqdakı hədəfləri yüksək dəqiqliklə (6.3 metr sapma ehtimalı) vura bilir. HGK əsasən Mk.84 tipli bombalara qurulur.

Xəbər Lenti