30/10/2019 21:37

Türkiyə istehsalı olan mühəndis texnikaları ordunun istifadəsinə qəbul edilib

Naxçıvan Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin texniki imkanları Türkiyə istehsalı olan texnikalarla gücləndirilir.

Bu barədə “AzeriDefence” Naxçıvanın NTV televiziya kanalına istinadən məlumat verib.

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni texnikaların ilk hissəsi silahlanmaya qəbul edilib.

Silahlanmaya qəbul edilən yeni texnikalar arasında Türkiyənin MST şirkətinin istehsalı olan mini ekskavatorlar, yükləyicilər və digər mühəndis vasitələri yer alır.