28/02/2017 17:35

Türkiyə növbəti aviadaşıyıcı gəminin tikintisinə hazırlaşır – FOTO

Türkiyə ikinci universal desant gəmisinin – aviadaşıyıcısının  tikintisinə başlamağa hazırlaşır.

“AzeriDefence”nin “Jane’s”ə istinadən verdiyi məlumatına görə, Türkiyənin “Sedef Gemi İnşaatı Sanayii A.Ş” şirkətinin meneceri Selim Buqdanoğlu jurnalistlərə bildirib ki, hazırda təmsil etdiyi qurum Türkiyə Milli Müdafiə Nazirliyi ilə ikinci “Anadolu” tipli universal desant gəmisinin inşasına başlanması ilə bağlı danışıqlar aparır.

O əlavə edib ki, artıq bununla bağlı nazirlik tender elan edib.

Tenderin cavabları 2019-cu ilin yanvar ayına kimi bəlli olacaq.

Xatırladaq ki, ilk universal desant gəmisi də olan L 408 Anadolu da “Sedef Gemi İnşaatı Sanayii A.Ş” də inşa edilir.

Gəminin inşasına 30 aprel 2016-cı ildə başlanılıb. Gəminin 2021-ci ildə suya endiriləcəyi nəzərdə tutulub.