08/01/2018 18:35

Türkiyə ordusunun sayı artırılır

2018-ci ildə Türkiyə Silahlı Qüvvələri üçün 3761 zabit (subay) və 5992 gizir (astsubay) hazırlanması planlaşdırılır.

“AzeriDefence”nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bu il hərbi məktəblərə keçiriləcək imtahan sistemi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Müdafiə naziri bildirib ki, Silahlı Qüvvələrin ehtiyaclarını qarşılamaq məqsədiylə 2018-ci ildə Quru Qoşunlarına 2427 hərbçi və 2657 gizir, Hərbi Dəniz Qüvvələrinə 693 hərbçi və 836 miçman, Hərbi Hava Qüvvələrinə 341 zabit və 1899 gizir, Xüsusi Təyinatlı Qüvvələrinə isə 300 zabit və 600 gizirin yetişdirilməsi nəzərdə tutulub.