05/07/2018 22:41

Türkiyə Pakistanın korvet tenderini qazandı – 4 ədəd MİLGEM satacaq

Türkiyə Pakistana 4 ədəd MİLGEM korveti satacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli sosıal media hesabında bildirib.

Nurəddın Canikli qeyd edib ki, bu Türkiyə müdafiə sənayesinin ən böyük ixracatıdır.

“Pakistan Dənız Qüvvələrinin ehtiyacı olan 4 korvetin tenderin Türkiyə olaraq biz aldıq”, deyə nazir bildirib.

Qeyd edək ki, gəmilərdən ikisi Türkiyədə, digər ikisi isə Pakistanda inşa olunacaq. Pakistan gəmilərinin Türkiyə HDQ-nin eyni korvetlərindən fərqi silahlarının Pakistanın sifarişi əsasında yığılması olacaq.