13/07/2018 11:58

Türkiyə Pakistanla ATAK helikopterlərinin alqı-satqısına dair müqavilə imzalayıb

Türkiyə ilə Pakistan arasında 30 ədəd T-129 ATAK helikopterinin alqı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türrkiyənin Müdafiə Sənayesi Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bununla da TUSAŞ bir müqavilə ilə ən böyük ixracatını gerçəkləşdirib.

Müqavilə paketində TUSAŞ-ın helikopterlərin satışı ilə yanaşı logistik dəstək, ehtiyat hissə, təlim və sursatlarla təchizatını da həyata keçirəcəyini yazıb.