14/12/2017 17:25

Türkiyə S-400 ZRK-lər üçün öz mühəndislərini hazırlayacaq

Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri (ZRK) ətrafında yaran söz-söhbətlər ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

“AzeriDefence”nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısı çərçivəsində jurnalistlərə açıqlama verən M.Çavuşoğlu qeyd edib ki, Türkiyədə S-400 ZRK-lərin mühəndisləri hazırlanacaq.

Bildirilib ki, Türkiyə ilə Rusiya bunula bağlı müqavilə imzalamaq ərəfəsindədir və qarşıdakı günlərdə bu məsələ öz həllini tapacaq.

“S-400 ilə bağlı heç bir problem yoxdu. Kompleksin ödənişlərinin hissə-hissə verilməsi artıq öz həllini tapıb. Yalnız detallar üzərində danışıqlar gedir. Bu həftə Rusiyadan ZRK-lərın quraşdırılması üçün mühəndislər gəlməlidir. Artıq yerli texnikanın və mühəndislərin hazırlanması üçün baza da tikilir. Bütün bunların qurulmasına görə mühəndislərə ehtiyacımız varsa, Rusiyadan gələcək, işi bitirdikdən sonra ölkələrinə qayıdacaqlar. Mülki ya hərbiçi, bunlar mühəndisdir. Bu Rusiyanın burda hərbi bazanın yaratması anlamına gəlmir. Bu yalnız texniki bir işdi”, – deyə M.Çavuşoğlu bildirib.