27/09/2017 17:31

Türkiyə səfirliyinin əməkdaşları və HDQ-nin zabitləri Nargin adasını ziyarət ediblər

Türkiyənin Azərbaycandakı əməkdaşları Azərbaycan Dəniz Qüvvələri (HDQ) komandanının müavini birinci dərəcəli kapitan Natiq Bağırov ilə birlikdə Birinci Dünya Müharibəsində, xüsusilə Sarıqamış döyüşündə əsir götürülən türk əsgərlərinin saxlanıldığı Böyük Zirə (Nargin) adasını ziyarət ediblər.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

12-20 min arası türk əsirinin saxlanıldığı təxmin edilən adada həyatını itirən əsgərlərin xatirəsi yad edilib. Türk əsgərlərinin əsirlikdə olduqları müddətdə böyük fədakarlıq nümayiş etdirərək onlara yardım əlini uzadan azərbaycanlıların da xatirəsi anılıb.