16/06/2017 13:22

Türkiyə Silahlı Qüvvələri terrorla mübarizədə CATS sistemindən istifadə edəcək

ASELSAN şirkətinin istehsalı olan CATS elektro-optik kəşfiyyat və hədəfləmə sisteminin Türkiyə Silahlı Qüvvələrinin inventarına qəbul edilməsinə başlanılıb.

“AzəriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinini rəsmi “Twitter” səhifəsində məlumat yayılıb.

Məlumatda qeyd olunub ki, ilk partiyada 15 ədəd CATS sistemi Silahlı Qüvvələrə təhvil verilib. Pilotsuz uçuş apatratları (PUA) üzərinə inteqrasiyası olunacaq 15 ədəd yeni CATS sistemi terrorla mübarizədə istifadə oluncaq.

CATS elektro-optik kəşfiyyat və hədəfləmə sisteminin PUA-lar ilə yanaşı helikopter və təyyarələrdə istifadəsi nəzərdə tutulur.

360 dərəcə ətrafda kəşfiyyat və müşahidə aparmaq qabiliyyətinə malik CATS elektro-optik kompleksinin ağırlığı 61 kiloqramdır.

CATS sisteminə rəngli gündüz kamerası, üçüncü nəsil İR kamerası və optik sensor daxildir. Eyni zamanda müxtəlif hədəfləri izləmə imkanı olan CATS sistemi 25 000 fut yüksəklikdə, isti tempraturda işləyə bilir.