10/07/2018 13:44

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin edilib

Türkiyə Silahlı Qüvvələrində yeni təyinatlar olub.

“AzeriDefence”nin “Resmi Gazete”yə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın imzaladığı sərəncamla,Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi postuna Quru Qoşunları komandanı ordu generalı Yaşar Gülər təyin edilib. Quru Qoşunları komandanlığına Baş Qərargah rəsinin birinci müavini ordu generalı Ümit Dündar, Baş Qərargah rəisinin birinci müavini postuna Quru Qoşunlarının Qərargah rəisi general polkovnik Mətin Gürak təyin edilib.

Qeyd edək ki, əvvəlki Baş Qərargah rəisi Hulusi Akar isə Milli Müdafiə naziri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bu təyinatla Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin 30-cu Baş Qərargah rəisi olub.