11/09/2018 17:26

Türkiyə şirkəti pilotsuz döyüş təyyarəsi hazırlayır

Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı olan “Baykar” şirkəti pilotsuz döyüş təyyarəsi hazırlayır.

Bu barədə “AzeriDefence” “Kokpit.aero”ya istinadən məlumat verib.

“Baykar” şirkətinin istehsal müdürü Selçuk Bayraktarın verdiyi açıqlamaya görə, yeni pilotsuz döyüş təyyarəsinin 2023-cü ilə qədər uçuş sınaqları başlayacaq.

İstehsal müdürü onu da qeyd edib ki, “Baykar” şirkəti həmçinin 1.5 ton yük daşımaq qabiliyyətində olacaq yeni PUA-nın yaradılmasını həyata keçirir. S.Bayraktar bildirib ki, analoqlarında fərqli olaraq daha strateji xidmətlər göstərə biləcək yeni PUA 2019-cu ildə ilk uçuşunu edəcək.