08/06/2019 00:13

Türkiyə son bir ildə 11 ölkəyə 309 ədəd zirehli maşın ixrac edib

Türkiyə 2018-ci ildə 11 ölkəyə 309 ədəd zirehli hərbi maşın ixrac edib.

“AzeriDefence”nin məlumata görə, barədə Türkiyə Hökumətinin BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi məlumatda bildirilib.

Hesabatdan göründüyü qədər ixracatda əsas yeri zirehli hərbi maşınlar tutub.

Hesabat ilində Türkiyə Qətərə 90, Banqladeşə 47, Omana 46 (18 ədəd 8×8 və 6 ədəd 6×6 təkər formuluna malik piyada döyüş maşını olmaqla), Burkina-Fasoya 40, Bəhreynə 26, Seneqala 25, Çada 20, Mavritaniyaya 6, Özbəkistana 4, Qanaya 3, Malayziyaya 2 zirehli personal daşıyıcı ixrac edib.

Zirehli maşın ixracatçıları “Otokar”, BMC, FNSS və “Nurol Makina” şirkətləri olub.

İxrac olunan zirehli maşınların 94-ü Afrika qitəsi ölkələrinin, qalanı isə Asiya dövlətlərinin payına düşüb.