18/12/2018 18:36

Türkiyə və Filippin arasında T-129 ATAK helikopterlərinin alqı-satqısına dair saziş imzalanıb

Türkiyə ilə Filippin arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

“Villamore” aviasiya bazasında keçirilən mərasimdə niyyət protokolunu Filippinin müdafiə naziri Delfin Lorenzana və Türkiyənin müdafiə sənayesi başqanı İsmayıl Dəmir imzalayıb.

Sazişə əsasən Fillipin Silahlı Qüvvələri Türkiyədən TAI (Turkish Aerospace Industries) şirkətinin istehsalı olan T-129 ATAK zərbə helikopterləri alacaq. Filippin Silahlı Qüvvələrinin TAI şirkətindən ümumilikdə 23 ədəd T-129 ATAK zərbə helikopterləri satın alacağı planlaşdırılır.

Qeyd edədk ki, Türkiyə Silahlı Qüvvələrində istismar olunan T-129 ATAK helikopterlərinin ilk ixrac müqaviləsi Pakistanla olub. T-129 helikopteri bir çox ölkə tərəfindən diqqətlə izlənilir. TAI Pakistandan sonra Mərakeş Krallığı ilə T129 mövzusunda görüşlər keçirib. Mərakeş da T-129 ATAK-a maraq göstərən ölkələr arasındadır.