17/09/2015 16:25

Türkiyə və Gürcüstan sərhədçilərinin birgə təlimi başlayıb

Türkiyə və Gürcüstan sərhəd mühafizə qüvvələrinin təlimi başlayıb.

Bu barədə “AzeriDefence”yə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Sentyabrın 16-da başlamış üçgünlük təlim Türkikyənin Muradlı, Gürcüstanın Sarpi sərhəd zastavalarında icra edilir.
Təlimin məqsədi Türkiyə və Gürcüstan sərhəd birlikləri arasında əməkdaşlıq və birgə fəaliyyət imkanlarını genişləndirməkdir. Təlimə hər ölkədən bir sərhəd tağımı qatılıb.