29/12/2017 15:43

Türkiyə və Rusiya arasında S-400 ZRK-lərin tədarükünə dair kredit sazişi imzalanıb

Bu gün Ankarada Türkiyə və Rusiya arasında S-400 “Triumf” zenit-raket komplekslərinin tədarükünə dair kredit sazişi imzalanıb.

Bu barədə “AzeriDefence” “A Haber”ə istinadən xəbər verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiyaya ödəmə dollarla deyil, rublla həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl “Kommersant” nəşrinə müsahibəsində Rusiyanın “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov Türkiyənin 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi alacağanı bildirib. Onun sözlərinə görə, ümumi məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək.

Türkiyənin müdafiə naziri Nurəddin Canikli də ötən gün Rusiyadan alınacaq S-400 raketləri üçün 2 sistem, 4 batareya olaraq razılıq əldə olunduğunu, ödəmənin bir qisminin kredit ilə təmin olunacağını bildirib.

S-400 ZRK-lərin ilk partiyasının 2020-ci ilin martında Türkiyəyə çatdırılması planlaşdırılıb.