21/03/2019 20:21

Türkiyə yeni PUA-nın sınaqlarına başlayıb

Türkiyənin TAİ şirkətinin hazırladığı ağır kütləli faydalı yük tutumlu yeni pilotsuz uçuş aparatın (PUA) ilk uçuş sınağı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə TAİ şirkətinin rəsmi “Twitter” hesabında bildirilib.

“Anka-2” olaraq bilinən PUA-nın adı “Anka-Aksungur”dur. Məlumatda bildirilib ki, yeni PUA avtomatik enmə-qalxma xüsusiyyətlərindən istifadə edərək 4 saat 20 dəqiqə davam edən uçuş testini uğurla tamamlayıb.

İki mühərrikli “Anka-Aksungur”un 40 000 fut yüksəkliyə qədər uzunmüddətli missiyaları yerinə yetirməsi planlaşdırılır. Orta mənzilli PUA kəşfiyyat-müşahidə və zərbə əməliyyatlarını icra edə biləcək. Yeni PUA 700 kq-dan artıq faydalı yükdaşıma qabiliyyətinə malikdir.

Məlumatda o da qeyd olunub ki, PUA-nın hazırlanma prosesində istifadə olunan mühərrikin yerini TAİ Mühərrik Sənaye müəssisəsində istehsal olunan PD-170 turbo dizel mühərriki əvəz edəcək.