25/08/2016 17:38

Türkiyədə “Bayraktar” PUA qəzaya uğrayıb

Türkiyə Silahlı Qüvvələrinə məxsus “Bayraktar” pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Gecə saatlarında Suriya ilə sərhəddə kəşfiyyat uçuşu edən “Bayraktar” PUA Türkiyənin Şanlıurfa ərazisində yerə çırpılıb.

Qəzaya səbəb PUA-nın motorunda texniki nasazlığın yaranması olub.

“Bayraktar” PUA-nın əvvəlcə Şanlıurfa Hava Limanına endirilməsi planlaşdırılsa da, mülkü uçuşlara problem yaranacağı səbəbi ilə yaxınlıqdakı tarlaya endirilib.

PUA yerə çırpıldığı üçün burunu və gövdəsi dağılıb.

Mütəxəssislər “Bayraktar” PUA-nın qısa müddətdə təmir edilərək yenidən istifadəyə veriləcəyin açıqlayıb.